Özünü 5-ci mərtəbədən atan qadının ölüm səbəbi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA 

Hazırda oxunan: Özünü 5-ci mərtəbədən atan qadının ölüm səbəbi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA 

91739

Xəbər verildiyi kimi bu gün 46 yaşlı Dildar Orucova özünü Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksinin 5-ci mərtəbəsindən atıb. İddialara görə Dildar Orucovanın qeyri-rəsmi münasibətdə olduğu şəxs dünən həbsxanadan çıxıb və aralarında münaqişə olub. Qadının intihar etmədiyi deyilir. Çünki 5-ci mərtəbədən düşən qadının üzərində paltar olmayıb.

Baş Prokurorluqdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

“İlkin araşdırmalara görə qadın intihar edib”, - deyə Prokurorluqdan bildirilib.

Qeyd edək ki, hadisə bu gün Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində baş verib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin