Bərdənin Piyadalar kəndində kütləvi qarayara xəstəliyinin yayılması iddia olunur. Bununla bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlər var. Hətta vəziyyəti ağır olanların Mingəçevir şəhərindəki ixtisaslaşmış xəstəxanalara göndərildiyi də qeyd olunur.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin rəsmisi Zamira Adilova Bizim.Media-ya açıqlamasında deyib ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına bir neçə nəfər müraciət edib.
“Amma məhz qarayara xəstəliyi ilə bağlı deyil. Müraciət edənlərdən müayinələr götürülüb, nəticələri gözlənilir. Onların dəqiq hansı infeksiyaya yoluxduğu araşdırmalardan sonra məlum olacaq”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də ərazini nəzarətə götürüb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:26 / 02.09.2022
Bərdədə qarayara xəstəliyinin yayılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Bərdədə qarayara xəstəliyinin yayılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Bərdədə qarayara xəstəliyinin yayılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
91733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.