Banklar tərəfindən ölkə üzrə müəyyən edilmiş kredit faizləri xeyli ziddiyət təşkil edir. Mərkəzi Bankın verdiyi məlumata görə regionlar arasında bank faizləri arasındakı fərq bəzən 2 dəfədən çox olur. Ən maraqlısı da odur ki, Abşeron yarımadasında verilən kreditin faizi regionlarda verilən kredit faizindən xeyli aşağıdır. Bəlkə elə buna görədir ki, paytaxtda inkişaf daha sürətlə gedir, iş yerləri daha çoxdur. Bu cür yanaşma təbii ki, həm Abşeron yarımadasının daha çox yüklənməsinə, həm də regionlarda məşğulluğun azalmasına gətirib çıxarır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Bakıdan sonra ölkə üzrə ən aşağı orta kredit faizləri Naxçıvanda təklif edilir:
“Azərbaycan üzrə orta kredit faizi 12.12 faiz olduğu halda, bu göstərici Bakıda 10.68, Naxçıvanda isə 13.04 faizdir. Qeyd edək ki, orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda bütün növ biznes borclanması da daxildir. Bu baxımdan, istehlak kreditləri üzrə orta faiz dərəcəsi daha yüksəkdir.
Belə ki, orta kredit faizi Dağlıq Şirvan İqtisadi Rayonunda 19.47, Mil-Muğanda 19.02, Şirvan-Salyanda 18.88, Qarabağda 18.74, Lənkəran-Astarada 18.65, Qazax-Tovuzda 18.25, Mərkəzi Aranda 18.18 faizdir. Digər iqtisadi rayonlarda da orta kredit faizləri paytaxt ilə müqayisədə çoxdur. Bəzi rayonlarımızda isə orta kredit faizləri Bakıya nisbətən 2 dəfə yüksəkdir”.
Millət vəkili daha sonra bildirib ki, rayonlarda orta faizlərin yüksək olması ümumi kredit portfelinin strukturunda biznes kreditlərinin payının az olması ilə bağlı olsa da regionlarda yüksək faizlər daha çox borclanma yaradır:
“Eyni zamanda, regionlarda sərmayə qoyluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir. Ümumi kredit portfelinin də 80 faizə yaxını paytaxtın payına düşür. Bu da bölgələrdə kredit qoyluşlarının Bakı ilə müqayisədə xeyili az olduğundan xəbər verir. Bu isə o deməkdir ki, Mərkəzi Bank tərəfindən kredit portfelində və faizlərində regional disbalansın azadılması və eləcə də bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:30 / 02.09.2022
Azərbaycanda ən aşağı faizli kreditlər hansı rayonda verilir? – Millət vəkili AÇIQLADI
Hazırda oxunan: Azərbaycanda ən aşağı faizli kreditlər hansı rayonda verilir? – Millət vəkili AÇIQLADI
Hazırda oxunan: Azərbaycanda ən aşağı faizli kreditlər hansı rayonda verilir? – Millət vəkili AÇIQLADI
91704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.