Bakıda qadın ərini qətlə yetirib.
Bu barədə Bizim.Media-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 2-si saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2022/09/02/1662110076_6.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 02.09.2022
Paytaxtda dəhşətli QƏTL - Qadın ərini bıçaqladı
Hazırda oxunan: Paytaxtda dəhşətli QƏTL - Qadın ərini bıçaqladı
Hazırda oxunan: Paytaxtda dəhşətli QƏTL - Qadın ərini bıçaqladı
91700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.