Qarabağın qazlaşması planı ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Qarabağın qazlaşması planı ilə bağlı RƏSMİ AÇIQLAMA 

91680

İşğaldan azad olunmuş ərazilərin qazlaşması planına dəyişikliklər olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, əvvəl bu planda rayonlar üzrə adlar salınmışdı (yaşayış məntəqələri – red.), ancaq indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər aparılır. 

“Bugünkü günə mən konkret deyə bilmərəm ki, Qarabağ bölgəsində ilk qaz hansı kəndə, hansı şəhərə veriləcək. Amma planda Ağdam və Füzuli nəzərdə tutulmuşdu, çox güman ki o planda dəyişiklik olacaq”, - Ruslan Əliyev qeyd edib. 

Onun sözlərinə görə, planla qazlaşma işləri 2022-də başlamalı idi, lakin hələ ki “Azəriqaz” tərəfindən işğaldan azad olunmuş ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb. 
“İlkin növbədə ora yüksək təzyiqli magistral kəmər çəkilməlidir, ondan sonra biz pərakəndə satışı həyata keçirmək üçün digər kəmərlərin çəkilişini həyata keçirə biləcik ”, - Ruslan Əliyev vurğulayıb. (Apa.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin