Azərbaycan Xarici İşlər Nazirliyi Vyetnamı Milli Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, XİN-in tviter səhifəsində qeyd olunub:
“Vyetnamın Milli Günü münasibətilə Vyetnam Sosialist Respublikasının hökuməti və xalqına ən xoş diləklər və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Vyetnam!”
Qeyd edək ki, 1945-ci ilin sentyabrın 2-də Vyetnam Fransa müstəmləkəsi altından çıxaraq müstəqilliyini elan edib.
Bizim.Media
On the occasion of the #NationalDay of #Vietnam, we express our best wishes & sincere congratulations to the Government and People of the Socialist Republic of Vietnam.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) September 2, 2022
Happy National Day, Vietnam! ????@MOFAVietNam pic.twitter.com/vwhDSLZKWV