Kəmaləddin Heydərov: "Yanğınların baş verməsinin səbəbi insan faktorudur" - VİDEO

Hazırda oxunan: Kəmaləddin Heydərov: "Yanğınların baş verməsinin səbəbi insan faktorudur" - VİDEO

91672

"Qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır. Bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı milli sərvətimiz olan meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fondumuza, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır.

Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir". 

Bizim.Media xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-də meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə çıxışında deyib.

Kəmaləddin Heydərov ölkədə son dövrlər baş verən meşə yanğınları barədə danışaraq bu yanğınların ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlandığını diqqətə çatdırıb. 

Nazir Kəmaləddin Heydərov yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib.

O, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin