Bu gün Bakıda Karate1 Premyer Liqa turniri start götürüb.
Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq.
Kişilərin kumite yarışında 60 kq çəki dərəcəsində Sultan Hüseynovla Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənov, 75 kq-da Fərid Ağayev tatamiyə çıxacaq.
Qadınlardan isə İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) qüvvəsini sınayacaq. Bu gün həmçinin, qadınlar fərdi kata mübarizəsi də başlayıb. Azərbaycan həmin növdə təmsil olunmur.
Qeyd edək ki, Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:53 / 02.09.2022
8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır - FOTO
Hazırda oxunan: 8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır - FOTO
Hazırda oxunan: 8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır - FOTO
91649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.