Daha bir ölkədə meymunçiçəyindən İLK ÖLÜM

Hazırda oxunan: Daha bir ölkədə meymunçiçəyindən İLK ÖLÜM

91636

Belçikada meymunçiçəyindən ilk ölüm qeydə alınıb.

Bizim.Media-nın "France 24" kanalına istinadən məlumatına görə, Belçika İctimai Səhiyyə İnstitutunun həftəlik hesabatında deyilir ki, 11,5 milyon əhalisi olan Belçikada avqustun sonunda xəstəliyə 706 təsdiqlənmiş yoluxma halı var.

Bütün təsdiqlənmiş halları qeyd edən Ümumdünya Səhiyyə Təşkilatı avqustun 31-nə 101 ölkə və ərazidə 50 496 yoluxma və 16 ölüm hadisəsini açıqlayıb.

Meymunçiçəyi Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış nadir yoluxucu xəstəlikdir. Onun əlamətləri ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin