Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova qorxu dolu anlar yaşayıb.
Bizim.Media xəbər verir ki, sözügedən teatrın rəsmisi bildirib ki, “Sahil” metrosunun üstündəki binanın bəzək daşları qoparaq yol ilə gedən insanların üzərinə düşərək, ciddi təhlükə yaradıb.
“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. "Sahil" metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı. Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...
Heç olmasa ölkədəki turistlərdən ayıbdır. Elə həmin an o yolu keçən piyadalar arasında əcnəbilər də var idi.
Bir turist bu hadisəni lap faciə kimi qəbul etdi, canlı yayım açıb kiməsə öz dillərində nağıl etdi. Bu binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir. İnsanların əsəbləri ilə oynamaq olmaz” – deyə F.Aslanova məsələ ilə bağlı fikrini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:20 / 01.09.2022
“Sahil”də qorxu dolu anlar - “Başıma daş düşəcəkdi, 2 balam yetim qalacaqdı” - FOTO
Hazırda oxunan: “Sahil”də qorxu dolu anlar - “Başıma daş düşəcəkdi, 2 balam yetim qalacaqdı” - FOTO
Hazırda oxunan: “Sahil”də qorxu dolu anlar - “Başıma daş düşəcəkdi, 2 balam yetim qalacaqdı” - FOTO
91566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.