Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək - Tokayev AÇIQLADI

Hazırda oxunan: Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək - Tokayev AÇIQLADI

91487

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev xalqa müraciətində deyib ki, bu ilin yanvar ayındakı iğtişaşlara görə həbs edilən etirazçılara amnistiya elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı prezidentin mətbuat xidməti yayıb. 

Prezident, həmçinin bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.

O bildirib ki, köklü və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün yeni ictimai etimad mandatı lazımdır.

“Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də səlahiyyət müddətimi qısaldıb növbədənkənar prezident seçkilərinə getməyə hazıram. Çox düşündüm və bu qənaətə gəldim ki, prezidentlik müddətlərinin sayına və müddətinə yenidən baxmaq lazımdır. Mən təklif edirəm ki, prezident yalnız 7 il müddətinə bir dəfə seçilsin”, deyə o, qeyd edib.
Qazaxıstan prezidenti vurğulayıb ki, amnistiya iğtişaşların təşkilində iştirak edən əsas fiqurlara, habelə dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla dəyişməyə cəhddə ittiham olunanlara şamil edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin