ABŞ Prezidenti Co Bayden hər yerdə 100 gün müddətində tibbi maska taxılması ilə bağlı fərman imzalayıb.
Bizim.Media "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.
Fərmana əsasən, federal binalarda və federal ərazilərdə tibbi maska taxılması zəruri hesab edilir və  sosial məsafənin gözlənilməsi tələb olunur. 
Baydenin digər fərmanı ABŞ-ın Meksika ilə sərhəddə inşa edilmiş divarla bağlı olub. 
Fərmanda göstərilib ki, sözügedən ölkə ilə sərhəddə xüsusi fövqəladə vəziyyət ləğv edilsin.
Qeyd edək ki, Tramp Administrasiyası miqrantların ölkəyə qanunsuz girişinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəd boyunca divar inşa etdirmişdi. Bu günədək 727 km uzunluğunda çəkilən səddin inşasına 8 milyard dollarlıq vəsait xərclənmişdi.
Bizim.Media

- A-
 - A
 - A+
 
Dünya
							09:32 / 21.01.2021
							
						Bayden Trampın divarlarını sökdürür? - QƏRAR
						
							
								Hazırda oxunan: Bayden Trampın divarlarını sökdürür? - QƏRAR							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bayden Trampın divarlarını sökdürür? - QƏRAR							
						9143
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































