Əfqanıstanda hakimiyyətdə olan Taliban (BMT tərəfindən terror fəaliyyətinə görə sanksiyaya məruz qalan) çərşənbə günü Baqram aviabazasında ABŞ qoşunlarının ölkədən çıxarılmasının birinci ildönümü münasibətilə parad və şənliklər keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “1TV News” nəşri yayıb.
Xatırladaq ki, ABŞ qüvvələri ötən iyul ayında Kabilin şimalında yerləşən Baqram avia bazasını tərk edib və bundan sonra baza Əfqanıstan qüvvələrinin nəzarətinə keçib.
Bu avia baza 1979-1989-cu illərdə Əfqanıstan müharibəsi zamanı sovet qoşunları tərəfindən istifadə edilib və 2001-ci ildə ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra Amerika qüvvələrinin əsas bazasına çevrilib.
“Khaama Press” əlavə edib ki, Taliban əfqanları ildönümü münasibətilə təbrik edib və amerikalıların geri çəkilməsi gününü dövlət bayramı adlandırıb. Taliban, həmçinin təbrik bəyanatında beynəlxalq ictimaiyyəti Əfqanıstana qarşı “ağıllı siyasət” yürütməyə çağırıb.
Qeyd edək ki, 2021-ci il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirərək avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan və 2001-ci ildən BMT sanksiyalarına düşən Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:10 / 31.08.2022
Taliban ABŞ qoşunlarının ölkədən çıxarılmasına görə parad keçirdi - VİDEO
Hazırda oxunan: Taliban ABŞ qoşunlarının ölkədən çıxarılmasına görə parad keçirdi - VİDEO
Hazırda oxunan: Taliban ABŞ qoşunlarının ölkədən çıxarılmasına görə parad keçirdi - VİDEO
91389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.