Qobustanı dünyaya tanıdan alimin 127 yaşı oldu

Hazırda oxunan: Qobustanı dünyaya tanıdan alimin 127 yaşı oldu

91347

1885-ci il 14 avqustda Gəncədə dünyaya göz açan alim İshaq Cəfərzadənin torpaq sevgisi onu ilk elmi işinə doğulduğu Gəncə şəhərində başlamağa sövq edir.

6 yaşında mədrəsədə oxumağa başlayan İshaq, orada ərəb və fars dillərini öyrənir.

1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub, 1927-ci ildə oranı başa vuran gənc İshaq hələ tələbə ikən 1926-cı ildə Azərbaycan dövlət muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlayıb və ömrününü sonuna kimi orada işləyir.

Söylədiyimiz kimi İ.Cəfərzadə ilk elmi axtarışlarını Gəncədə başlayıb. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə başçılıq edən zaman o, Gəncənin yerini dəqiq müəyyənləşdirib, qala divarları, sənətkar məhəllələri və çoxlu sayda maddi mədəniyyət nümunələri aşkar edib.
Qobustan qayalığının dünyaya tanıdılması məhz İshaq Cəfərzadənin adı ilə bağlıdır. Belə ki, məşhur Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi ilk dəfə İshaq Cəfərzadə tərəfindən aparılıb. O 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat verir. Lakin həmin zaman II Dünya müharibəsinin başlanması ilə əlaqədar alimin tədqiqat işləri yarımçıq qalır. Qobustan abidəsinin dünyaya çıxmasının əleyhinə olan qüvvələrin hər vəchlə tədqiqatı unutdurmağa çalışmasına baxmayaraq, gərgin və uzun müddətli mübarizədən sonra alim 1947-ci ildə 20 illik müddət ərzində abidəni tədqiq etməyyə başlayır və Azərbaycan adının “Dünyanın ən qədim sakinləri” sırasında hallanmasında böyük rol oynayır. 

İshaq Cəfərzadənin “Qobustan” kitabı bu gün də Qobustan barədə ən sanballı və etibarlı elmi mənbə olaraq öz aktuallığını saxlamaqdadır. 1982-ci ildə vəfat edən alim ölümündən öncə bir çox orden və medallara layiq görülüb.

Alimin ölümündən sonra onun Qobustan abidəsinin dünyaya tanıdılması üçün açdığı yolu UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva davam etdirir.

Mehriban Əliyevanın UNESCO-dakı gərgin əməyi və Azərbaycanın quruma çoxsaylı müraciətlərindən sonra 2007-ci ildə Qobustan abidələri kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib. 

Əminik ki, bu böyük uğurumuza görə bu ay 127 yaşı tamam olan alim İsaq Cəfərzadənin də ruhu şaddır.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin