Moskvadan Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığına REAKSİYA

Hazırda oxunan: Moskvadan Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığına REAKSİYA

91341

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığı şübhəsiz ki, bütün regiona nəzərəçarpacaq dərəcədə təsir göstərəcək. Üstəlik, bu əməkdaşlıq istənilən formatda ola bilər”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova Azərbaycanən baş naziri Əli Əsədovun hökumətlərarası şuranın son iclasında iştirakını müsbət qiymətləndirib.

“Bakı ilə Aİİ arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Biz belə əməkdaşlığın böyük perspektivlərini görürük və inanırıq ki, bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə fayda verəcək”, - deyə o yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-26-da Çolpon-Atada (Qırğızıstan) keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin