60 bal toplayan qusarlı müəllimlər nazir Emin Əmrullayevdən nə xahiş etdilər? – TƏFƏRRÜAT

Hazırda oxunan: 60 bal toplayan qusarlı müəllimlər nazir Emin Əmrullayevdən nə xahiş etdilər? – TƏFƏRRÜAT

91323

Ötən gün şimal bölgəsində başlayan ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında Qusar rayonunun iki müəllimi ən yüksək nəticə əldə edərək 60 bal toplayıb.

Yüksək nəticə göstərən qusarlı müəllimlər öz imtahan təəəssüratlarını özəl olaraq Bizim.Media ilə bölüşüblər.

Şəhid Bəhruz Aöaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbin ibtidai sinif müəllimi Samirə Məmmədova imtahanın çox obyektiv keçdiyini deyir:

"Çox sevincliyəm. Əziyyətim hədər getmədi. Suallar asan idi, bu səbəbdən həyəcan yox idi" Sertifikasiya imtahanında 60 bal toplayan digər müəllimə isə Qusarın Urva kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Səidə Bağışovadır.

21 illik pedaqoji təcrübəsi olan Səidə müəllimə imtahanlara kənd şəraitində çox çətinliklə hazırlaşdığını deyərək, təəssüratını belə açıqlayıb:

"Hər bir uğurun başlanğıcında istək, bu istəyə çatmaq yolunda isə əzab-əziyyət durur. Məndə də bu istək vardı, mən bunu çox istəyirdim, əzab-əziyyətə qatlanaraq, çox çalışaraq bu uğuru qazandım. Mən deyərdim ki, Quba-Xaçmaz regional təhsil idarəsinin, Qusar təhsil sektorunun keçirdiyi təlimlərin də bizə çox köməyi oldu". 

Yüksək bal toplayan qusarlı müəllimlərin təhsil naziri Emin Əmrullayevdən xahişləri də var. Qusar şəhər şəhid B.Ağaverdiyev adına 1 saylı orta məktəbin ibtidai sinif müəllimi Samirə Məmmədova nazirdən işlədiyi təhsil ocağına elektron (ağıllı) lövhə göndərməsini xahiş edir. Bildirdi ki, əgər məktəblərdə belə bir lövhə olsa, bu, tədrisin daha keyfiyyətli və səmərəli aparılmasına kömək edər.

Urva kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Səidə Bağışova da həmkarının təklifini çox dəstəkləyir:

“Bizim kənd məktəbinə də belə elektron lövhə hədiyyə verilsə, çox sevinərik. Kənd şəraitində elrktron lövhə olması çox vacibdir. Bu, dərslərin daha məzmunlu və əhatəli olmasına şərait yaradar”.

Səidə müəllimə söylədi ki, təhsil nazirimiz bu təklifi müsbət dəyərləndirsə, çox şad olaram:

“Çünki, mənim heç kompüterim belə yoxdur. İmtahanlara mobil telefonumla hazırlaşmışam. Elektron lövhə olsa məktəbdə, mənə və həmkarlarıma dərsin gedişində asan olar”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin