Daşkəsəndə şəhid yaxınları və qazilər üçün nümunəvi addım - FOTO/VİDEO

Hazırda oxunan: Daşkəsəndə şəhid yaxınları və qazilər üçün nümunəvi addım - FOTO/VİDEO

91236

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Şəhidlər Xiyabanında yeni tikilmiş şəhid ailələri və qazilər üçün görüş yerinin və Daşkəsən Şəhidlərinin xatirə guşəsinin açılışı olub.

Bizim.Media xəbər verir ki, açılışda rayonun icra başçısı Əhəd Abıyev, millət vəkili Eşlad Mirbəşiroğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar, ağsaqqallar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi, Quru Qoşunlarının Hərbi Orkestrinin ifasında Dövlət Himnimizin səsləndirilməsi və şəhid məzarlarına gül dəstələrinin düzülməsi ilə başlanan açılış mərasimində icra başçısı Əhəd Abıyev çıxış edib. 
"Bugünkü görüşümüzdə sizlərlə birgə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyəsinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən yeni tikilmiş rayonun bütün şəhidlərinə həsr olunan xatirə guşəsinin, habelə şəhid ailələri və qazilər tədbirlərini keçirmələri üçün bu görüş yerinin açılışını qeyd edirik.

Bizim şəhidlərimiz Azərbaycanımızın ərazi bütövlüyü, Vətənimizin gələcəyi uğrunda qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəliblər. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə həmişə əbədi olaraq yaşayacaqdır.

Daşkəsənin şəhid ailələrinə və qazilərinə hər zaman göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya siz şəhid ailələri və bütün daşkəsənlilər adından bir daha da dərin ehtiramla minnətdarlığımızı bildiririk.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli sərkərdəliyi, o cümlədən əsgər və zabitlərimizin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Vətən müharibəsində düşmən üzərində inamlı qələbə ilə nəticələndi; Ermənistan ordusu darmadağın edildi, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə geri alındı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 
Bu ilin avqustun 3-də ordumuz Qarabağda uğurlu "Qisas" əməliyyatı başlatdı. Öz hədəflərinə çatan "Qisas" əməliyyatı təxribatçılara qarşı təsirli cəza tədbiri idi. “Qisas” əməliyyatı bütün dünyaya bir daha əyani sübut etdi ki, Prezidentimiz cənab İlham Əliyevin Dəmir Yumruğu hər zaman yerindədir və heç kim də bunu unutmamalıdır", - deyə Ə.Abıyev bildirib.

O, Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülməsindən də danışıb:

"Laçında Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük uğurlu qələbədir. Bu qələbə münasibətilə hər birinizi ürəkdən təbrik edirəm".

İcra başçısı vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün ərazi, bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da hər bir şəhid ailəsinə, qazi və müharibə iştirakçılarına xüsusi diqqətlə qayğı göstərilir, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə əməli tədbirlər həyata keçirilir:

"Şəhid ailələrinə, müharibə veteranlarına Prezident təqaüdünün verilməsi, onların evlə, maşınla təmin olunması və digər imtiyazlar, həmçinin indi sizlərlə iştirakçısı olduğumuz Daşkəsən Şəhidlərinin əziz xatirəsinə həsr olunan bugünkü açılışlar da buna əyani sübutdur.

Prezident cənab İlham Əliyevin yaxın silahdaşı kimi müasir hüquqi dövlət quruculuğu siyasətinə öz layiqli töhfələrini verən, Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirən, humanizm, mərhəmət, vətənpərvərlik və xeyriyyəçilik missiyası ilə ictimaiyyətdə böyük nüfuz qazanmış Birinci vitse-prezident Mehriban Əliyeva 44 günlük Vətən müharibəsində yaralanmış qəhrəman əsgər, zabit və qazilərimizin müalicəsini birbaşa öz nəzarətinə götürməsi, ən yüksək tibbi xidmətlərlə köməkliklər göstərməsi, onların xaricdə müalicə olunmalarını təşkil etməsi xalqımız tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi bütün şəhid və qazi ailələrinə çoxsaylı xeyriyyəçilik, maddi və mənəvi dəstək tədbirləri, onların sosial-məişət problemlərini həll etməsi hörmətli Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə sadiqliyinin, Vətənə olan sevgisinin ifadəsidir. 

Daşkəsən rayonuna daima göstərdikləri diqqət və qayğıya görə bir daha da möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk".

Çıxış edən millət vəkili Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbə sevincini yaşadığını və xalqımızın şəhidləri ilə hər zaman qürur duyduğunu vurğulayıb.   

QMİ-nin qazilər şurasının üzvü Hacı Tahir Abbasov isə ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə daima qayğı göstərildiyini, həmçinin Daşkəsən Şəhidlər Xiyabanında istifadəyə verilən yeni tikilinin və guşənin də bu amala xidmət göstərdiyini deyib.  
Şəhid ataları Etibar Cəfərov, İlham Cabbarov, şəhid anaları Kifayət Haxverdiyeva, Qızbəs Abbasova, qazilər adından Ceyhun Əliyev çıxış edərək onlara hər zaman göstərilən həssas münasibətə, yüksək diqqət və qayğıya görə Prezident  İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İcra başçısı Əhəd Abıyev sonra şəhid valideynləri ilə çay süfrəsi arxasında görüş keçirib, onlarla söhbət  edib, bir daha da qayğıları ilə maraqlanıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin