“Sunset”dəki partlayışda yaralananların VƏZİYYƏTİ AĞIRDI

Hazırda oxunan: “Sunset”dəki partlayışda yaralananların VƏZİYYƏTİ AĞIRDI

91230

Sumqayıt Tibb Mərkəzi göstərən “Sunset” istirahət mərkəzindəki partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda istirahət mərkəzində partlayış - YARALILAR VAR


Çağırışla əlqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən “Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin