Şəhid ailələri və qazilərə növbəti dəstək kampaniyası - FOTO

Hazırda oxunan: Şəhid ailələri və qazilərə növbəti dəstək kampaniyası - FOTO

91170

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 151 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin edilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, biznes planlarına uyğun verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir.

Təlimlərdən sonra onlar mal və materiallar formasında aktivlərlə təmin olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin