“Bu günə qədər Azərbaycan tərəfinə 102 kisə sümük qalığı göndərilib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
44 günlük müharibədə itkin düşən hərbçilərimizin sayı açıqlandı
Ədalət Həsənov əlavə edib ki, görülən ekspertiza tədbirlərinin nəticəsində sümük qalıqlarının 156 şəxsə məxsus olduğu müəyyən edilib:
“Ümumilikdə isə təhvil verilən sümük qalıqlarının sayı 10640-a bərabər olub”.
Murad Əhmədov, Bizim.Media