Xəbər verdiyimiz kimi, ötən gün “İTV”nin 17 yaşı olub. Bununla bağlı televiziya kanalın həyətində işçi heyətin iştirakı ilə bayram konserti keçirilib.
Bizim.Media xəbər verir ki, konsertdə sözügedən kanalın iki məşhur aparıcısı Fəridə Abdulla ilə Xəyalə Hüseynli arasında qol güləşi təşkil olunub.
Abdullanın əzmkarlığına baxmayaraq Hüseynlinin idmançı olması bu işdə onun yardımına gəlib. Beləcə Xəyalə Fəridəyə qol gücündə qalib gəlib.
Həmin anları isə Fəridə sosial şəbəkə hesabında paylaşıb. Görüntülər izləyicilər tərəfindən böyük maraq və təəccüblə qarşılanıb.
Qeyd edək ki, F.Abdulla “İTV”nin idman xəbər aparıcısıdır. X.Hüseynli isə sözügedən kanalda yayımlanan “Fatehin Divanı” axşam şousunda “Qayıtdı Xəyalə” rubrikasının aparıcıdır. Xəyalə aparıcı Turanə Hüseynlinin bacısıdır.
Rəşad Əliyev, Bizim.Media