“Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
44 günlük müharibədə itkin düşən hərbçilərimizin sayı açıqlandı
“Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox mina basdırılıb”, - deyə İsmayıl Axundov qeyd edib.
Murad Əhmədov, Bizim.Media