Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Məhəmməd Mustafazadə ifadə verib.
O bildirib ki, həmin gün “Location”a gecə saat 3-də dostlarının yanına gedib:
"Mən ora gələndə təxminən 5 dəqiqədən sonra partlayış oldu. Müxtəlif yanıq xəsarətləri aldım. 5 gün müalicə almışam. Heç bir şikayət və tələbim yoxdur".
Daha sonra vəkillər tərəfindən təqsirləndirlilən şəxs Orxan Səfərliyə suallar ünvanlanıb. O, bütün suallara cavab verməkdən imtina edib.
Digər əcnəbi zərərçəkmiş şəxs, Nigeriya vətəndaşı Fatima Samara da ifadə verib. O deyib ki, əylənmək məqsədilə gecə klubuna gedib:
"Dostum məni dəvət etmişdi. Tualetə girmişdim. Çıxanda partlayış baş verdi. Müalicəmə pul xərclənib, amma mənim əllərim pis vəziyyətdədi. Müalicənin heç bir effekti yoxdur. Taleh həkim mənə dedi ki, yenidən əməliyyata ehtiyac var".
Məhkəmədə məlum olub ki, Fatima yeganə zərərçəkmişdir ki, ən çox ona pul xərclənib. Həmin məbləğ 58 min 64 manatdır.
Orxan Səfərlinin vəkili isə bildirib ki, "MedEra Hospital"da həmin xəstəyə görə hər günə 1000 manat pul tələb olunub:
Növbəti proses sentyabrın 5-də davam edəcək. Qeyd edək ki, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.
Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.
Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. O, həmin partlayışda ağır xəsarət alıb.
Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:44 / 29.08.2022
Əcnəbi vətəndaş Bakıdakı partlayışdan danışdı - MƏHKƏMƏ
Hazırda oxunan: Əcnəbi vətəndaş Bakıdakı partlayışdan danışdı - MƏHKƏMƏ
Hazırda oxunan: Əcnəbi vətəndaş Bakıdakı partlayışdan danışdı - MƏHKƏMƏ
91026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.