Bu insanlardan yol yoldaşı olmaz – BÜRCLƏRƏ görə SİYAHI 

Hazırda oxunan: Bu insanlardan yol yoldaşı olmaz – BÜRCLƏRƏ görə SİYAHI 

91012

Atalar əgər bir insanla yol yoldaşı olmamısansa, həmin şəxsi tanımırsan deyirlər. Həqiqətən də, bir şəxsi daha yaxşı tanımaq üçün onunla birlikdə uzun yola çıxmaq lazımdır.

Bəs, hansı bürclər necə yol yoldaşı olur?

Qoç

Səyahət etyməyi sevsələr də, yeni yerlər kəşfetməkdənsə təkrarən sevdikləri yerlərə getməyi seçirlər. Onlar daha çox dominantlıq nümayiş etdirir, yol yoldaşlarının onları izləməsini vacib sayırlar. Bu situasiya bir qədər narahatverici ola bilər, lakin qoçlar adətən əyləncəli yol yoldaşı kimi tanınırlar.

Buğa

Bürclərin ən tənbəli olsa da, buğa səyahət etmək fikrinə də qarşı deyil. Lakin onlar olduqca ləng olduqları üçün hazırlaşıb yola düşənədək yoldaşlarını uzun müddət gözlədirlər. Onlar üçün gedilən yerdən daha çox, gediləcək yol önəmlidir.

Buna görə də yolda tez-tez fasilə verməyə hazır olmalısınız. Buğalar sadəcə ehtiyacları olduqda yox, eyni zamanda xoşlarına gələn nəyisə gördükdə belə avtomobili dayandıra bilər.

Əkizlər

Yol boyu heç susmayan, hər kəslə danışan bürc məhz əkizlərdir. Əgər sürücü siz olacasızsa, onlar sizi yatmağa qoymayacaq. Onlar vəziyyətdən asılı olaraq həm əyləncəli, həm də dözülməz yoldaş ola bilərlər. Əkizlərin əhvlalı olduqca dəyişkən olduğu üçün səyahət planınıza böyük ehtimalla sadiq qala bilməyəcəksiniz.

Xərçəng

Xərçənglə yola çıxmısınızsa, ləziz yeməklərə və çərəzlərə hazır olun. Onlar ən pis ssenariyə hazır olduqları üçün bütün səyahətə yetəcək qədər yol azuqəsi götürürlər. Xərçənglər heç vaxt sizi yarı yolda buraxmazlar. Onlar ən yaxşı yol yoldaşı hesab oluna bilərlər.

Şir

Onlar hər şeyin ən yaxşısını istəyirlər. Ona görə də şirlər ən yaxşı restoranlarda yemək yeyib, ən bahalı otellərə getməyi seçirlər. Şirlərlə yol yoldaşı olmaq sizi böyük xərcə sala bilər. Lakin onlar səyahət planına sadiq qalmağa və yoldaşlarının da ona riayət etməsinə xüsusi diqqət yetirirlər.

Qız

Hər şeyə ən xırda detalına qədər diqqət yetirən qızlarla yola çıxmaq işgəncədir. Onlar hər dəqiqəni planlaşdırmağa çalışıb, sizi də robot kimi hərəkət etməyə məcbur edirlər. Əgər yolda hər hansı problemlə rastlaşsanız bu bürcün nümayəndəsi olan yol yoldaşınız sizi deyingənliyi ilə təngə gətirəcəklər.

Tərəzi

Tərəzilər harasa yola düşüb, düşməməkdə daim qərarsız olurlar. Ən çətin iş onları səyahətə razı salmaqdır. Onlar daim nəyisə edib, etməmək məsələsində qərar verməkdə çətinlik çəkirlər. Onlarla yol yoldaşı olmaq bu səbəblərdən dolayı sizi təngə gətirə bilər.

Əqrəb

Əqrəblər yaxşı yol yoldaşlarıdır. Onlar səyahəti sevir, birlikdə yola çıxdıqları insanların da həzz almasına diqqət yetirirlər. Buna görə əqrəblərlə yol yoldaşı olmaq sizi peşman etməz.

Oxatan

Səyahət dedikdə ağlagələn ilk bürc olan oxatanlar gəzməyi, görməyi, əylənməyi sevirlər. Lakin bu, onların yaxşı yol yoldaşı olacağı demək deyil. Çünki onlar azad hərəkət edir və planları heçə sayırlar. Eyni zamanda səyhət etmək üçün yetərli enerjiniz yoxdursa, oxatanlara ayaq uydurmaq sizin üçün işgəncəyə çevrilə bilər.

Oğlaq

İşlərindən ayrı qala bilməyən oğlaqlar səyahət zamanı da daim iş barəsində düşünürlər. Onları səyahətə razı salmağın özü belə böyük uğurdur. Oğlaq daim internet axtarışında olub, işlərinə nəzarət etməyə çalışır. Ona görə də bəzən olduqca darıxdırıcı yol yoldaşına çevrilirlər.

Dolça

Azadfikirli, heç nəyi ciddi qəbul etməyən dolçalarla yola çıxmaq olduqca əyləncəli ola bilər. Əgər mənəvi dincliyə ehtiyac duyursunuzsa, dolça ideal yol yoldaşıdır. Onlar deyib-gülməkdən və çılğın hərəkətlərdən heç vaxt imtina etmirlər.

Balıq

Əgər neqativ əhvalda deyillərsə, balıqlar da yaxşı yol yoldaşı ola bilirlər. Onlarla yola çıxmaq qumar oynamaq kimidir. Çünki kefləri korlansa, ən xırda problemi belə böyüdüb, səyahətin bütün dadını qaçıra bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin