İrəvan xanının nəticəsi Ağdama səfər etdi - FOTO

Hazırda oxunan: İrəvan xanının nəticəsi Ağdama səfər etdi - FOTO

90733

Qarabağa səfəri çərçivəsində İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdam şəhərində olub.

Bizim.Media xəbər verir ki, səfər zamanı qonaq Ağdam şəhərində Pənahəli xanın sarayını, Qarabağ xanlarının türbələri və yaşayış evini (İmarət), Pənahəli xanın və Xurşidbanu Natəvanın məzarlarını, Şahbulaq qalasını ziyarət edib.

İrəvan xanının varisi Ağdam şəhər mərkəzində törədilən dağıntılara baxış keçirib, Cümə məscidində aparılan bərpa-quruculuq işləri ilə tanış olub.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, post-müharibə dönəmində Ağdamda iqtisadi zonaların inkişafı, Sənaye parkının, digər mərkəzlərin yaradılması və yaşayış evlərinin inşası ilə bağlı aparılan tikinti işləri barədə qonağa ətraflı məlumat verib.

Bildirib ki, ermənilərin Ağdamda törətdikləri cinayətlərdən dəhşətə gəlib: “Bu cinayətləri sözlə təsvir etmək mümkün deyil. Bu fəlakətin dərinliyini öyrənmək üçün bu xarabalıqları yaxından görmək və işğaldan əvvəlki görüntülərlə müqayisə etmək lazımdır”.

Səfər zamanı Ağdamın yenidənqurma işlərinin inkişaf planları ilə tanış olduğunu deyən İrəvan xanının nəticəsi nəzərə çatdırıb ki, torpaqlarımızı işğaldan azad edənlərlə və yenidənqurma-bərpa işlərinin icraçıları ilə qürur duyur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin