Rusiyanın məşhur azərbaycanlı video bloqeri Hüseyn Həsənov çəkildiyi realiti-şoudan qayıdar qayıtmaz alış-verişə yollanıb.
Bizim.Media xəbər verir ki, “MUM”da (Moskva Univermaq Mərkəzi) yerləşən məşhur və lüks brendləri “ələk-vələk” edən bloqer özünə müxtəlif geyimlər alıb.
O, eyni zamanda telefonunu da yeniləyib.
Hüseyn bahalı “şoppinq”indən görüntülərini 22,5 milyonluq “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, bir müddət əvvəl rus mətbuatı Hüseyn Həsənovun geyimlərindən tutmuş taxdığı aksesuarlara kimi markaların həqiqi yox “saxta” olduğunu yazaraq, bloqeri biabır etmişdi.
Rəşad Əliyev, Bizim.Media