“Laçına qayıdış” Türkiyənin nüfuzlu mediasının GÜNDƏMİNDƏ 

Hazırda oxunan: “Laçına qayıdış” Türkiyənin nüfuzlu mediasının GÜNDƏMİNDƏ 

90585

Bu gün azərbaycanlıların Laçın şəhərinə qayıtması Türkiyə mətbuatı tərəfindən geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, ölkənin nüfuzlu xəbər portallarından olan “Haber Global”, “Yeni Şafak”  "Doğan" Prezidenti İlham Əliyevin "Twitter" səhifəsində paylaşdığı yazını geniş şəkildə işıqlandırıb.

Məqalələrdə Laçın rayonunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında Azərbaycanın nəzarətinə geri qayıtdığı bildirilib.

Xatırladaq ki, bu gün Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
Hazırda qeyd olunan ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin, zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin