“Eşitdim ki, ruslar bizimkiləri qırırlar, mən Parisdən Moskvaya uçdum. Düz 48 saat müddətində qatarda gizləndim”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan əsilli fransız fotoqrafı Reza Deqati söyləyib.
“Bakıya gələndə artıq yanvar ayının 22-si idi. Məni 3 gün Bakıda gizli saxladılar. Bu 3 gün ərzində xəstəxana və morqlarda çəkilişlər etdim. Ruslar o vaxt icazə vermirdilər ki, jurnalistlər bu hadisəni işıqlandırsınlar".
"Bir azərbaycanlı jurnalistin bu faciədən yazmasına, çəkməsinə isə heç icazə yox idi. Ruslar o vaxt məni tutsa idilər, ömürlük həbs edəcəkdirlər. Mən xatırlayıram ki, həmin günü böyük bir yürüş var idi. Elə ilk fotonu da o izdihamdan çəkdim”, deyə o, qeyd edib.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 20.01.2021
“Qanlı Yanvar faciəsini işıqlandırmaq üçün 48 saat qatarda gizlənərək gəldim” - Reza Deqati
Hazırda oxunan: “Qanlı Yanvar faciəsini işıqlandırmaq üçün 48 saat qatarda gizlənərək gəldim” - Reza Deqati
Hazırda oxunan: “Qanlı Yanvar faciəsini işıqlandırmaq üçün 48 saat qatarda gizlənərək gəldim” - Reza Deqati
9057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.