Prokuror Elmar Vəliyevin qardaşına qarşı dələduzluq edən şəxsə CƏZA İSTƏDİ  

Hazırda oxunan: Prokuror Elmar Vəliyevin qardaşına qarşı dələduzluq edən şəxsə CƏZA İSTƏDİ  

90559

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror  Cəfər Əliyevin 12 il azadlıqdan məhrum edilməsini tələb edib. Növbəti proses sentyabrın 9-da davam edəcək. 

İstintaq orqanı tərəfindən Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə daha 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin