Avropa Liqası: Bu gün "Qarabağ"ın qrupdakı rəqibləri bəlli olacaq

Hazırda oxunan: Avropa Liqası: Bu gün "Qarabağ"ın qrupdakı rəqibləri bəlli olacaq

90502

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşəcək. "Köhlən atlar" püşkatmaya 2-ci səbətdən qatılacaq.

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan) 

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan) 

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə) 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin