Uzun illərdir ki, abituriyentlərimiz arasında hüquqşünas olmaq istəyi səngimir. Hazırda tələbə qəbulunda və pullu təhsildə ən öndə gedən iki ixtisasdan biri hüquqşünaslıqdır. Səbəb aydın olsa da maraqlıdır.
Bəs hüquqşünaslarımız ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında və idarəçilik sistemində çoxmu yer tutur?
Bizim.Media bununla bağlı araşdırma aparıb.
Bəlli olub ki, Ali dövlət idarəetmə sistemində kifayət qədər hüquqşünas çalışır. Hətta 17 nazirdən və 14 Dövlət Komitəsi sədrindən 9-u ixtisasca hüquqşünasdır.
1. Vilayət Eyvazov - Daxili İşlər nazir.
2. Fikrət Məmmədov – Ədliyyə naziri.
3. Kamran Əliyev - Azərbaycan Respublikasının Baş prokuroru
4. Sahil Babayev – Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.
5. Ceyhun Bayramov – Xarici İşlər naziri.
6. Mikayıl Cabbarov – İqtisadiyyat naziri.
7. İnam Kərimov – Kənd Təsərrüfatı naziri.
8. Samir Şərifov – Maliyyə naziri.
9. Bahar Muradova – Ailə. Uşaq və Qadın Problemləri üzrə DK-nin sədri.
10. Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DK-nin sədri.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 26.08.2022
Azərbaycanda neçə nazir hüquqşünas ixtisasına malikdir? - SİYAHI
Hazırda oxunan: Azərbaycanda neçə nazir hüquqşünas ixtisasına malikdir? - SİYAHI
Hazırda oxunan: Azərbaycanda neçə nazir hüquqşünas ixtisasına malikdir? - SİYAHI
90445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.