Türkiyənin aparıcı müdafiə podratçısı Aselsan Qətərdə filial açıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi açıb.
Mənbə yazır ki, filial Fars körfəzinin neftlə zəngin ölkəsində podratçının genişlənən fəaliyyətini dəstəkləmək üçün açılıb.
Qətər-Türkiyə münasibətlərinin möhkəmlənməsi iki ölkə arasında ticarət həcmlərinin artmasına gətirib çıxarıb.
2019-cu ildə Qətər və Türkiyə arasında ikitərəfli ticarətin həcmi 2 milyard dollar təşkil edib.
Aselsan müdafiə korporasiyası ötən il dünyanın 100 ən yaxşı müdafiə şirkəti siyahısında 48-ci yeri tutub.
Bizim.Media

- A-
- A
- A+
Region
10:11 / 20.01.2021
Türkiyənin Aselsan şirkəti Qətərdə filial açdı
Hazırda oxunan: Türkiyənin Aselsan şirkəti Qətərdə filial açdı
Hazırda oxunan: Türkiyənin Aselsan şirkəti Qətərdə filial açdı
9044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.