"Səyyar ASAN" Türkiyədə Azərbaycan vətəndaşlarına xidmət göstərəcək – İLK DƏFƏ

Hazırda oxunan: "Səyyar ASAN" Türkiyədə Azərbaycan vətəndaşlarına xidmət göstərəcək – İLK DƏFƏ

90439

2022-ci ilin 30 avqust – 4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan Azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək.

Bu barədə Bizim.Media-ya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Ölkə xaricində ilk dəfə gerçəkləşəcək Səyyar ASAN xidmət Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur.

Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara göstəriləcək xidmətlər:

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

• Məhkumluq barədə arayışların verilməsi.

• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti

Tərcümə xidmətləri :

• Yazılı tərcümə;

• Onlayn tərcümə;

• Apostil sənədlərinin qəbulu;

• Tərcümənin daxili möhürlə təsdiqi;

• Eyniləşdirmə;

• Redaktə;

• Riraytinq;

• Kopiraytinq.

Dövlət Agentliyindən bildirilib ki, 30 avqust – 4 sentyabr tarixlərində saat 10:00 - 18:00 aralığında təşkil ediləcək xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link: //www.t3kys.com/tr/teknofest/visitor/apply/

Qeyd olunub ki, eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları //seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin