Əməkdar artist Elza Seyidcahan daha bir açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişdə qadınların ərləri ilə boşanmasına qarşı çıxıb.
E.Seyidcahan aylar əvvəl söylədiyi “Ərlərinin xəyanətini bağışlamaq qadınların borcudur” fikirlərinə belə münasibət bildirib.
“Ətrafımda olan qadınlardan ailəsi ilə bağlı sorğu-sual edəndə söyləyirlər ki, “Ərim mənə xəyanət etdiyi üçün boşandıq. Əvvəllər aliment versə də, indi heç nə vermir. Evləndi. Bir sözlə, qadın öz əli ilə ərini əldən buraxıb. İndi də peşmandır. Kaş boşanmazdım. İndi artıq gecdir. Artıq ailəsi var. Uşağı da yanına aparanda ona yaxşı baxmır.
Sual verirəm ki, “Ərinlə nəyə görə boşandın?”. Cavab olaraq söyləyir ki, “Mesaj üstündə”. Deyirəm ki, bir ailə mesaj üstündə boşanar. Ağıllı olub nə edəcəksən ki? Boşandıqdan sonra bir qadın nə qazanacaq?”.
Qeyd edək ki, Elza Seyidcahan Elşən adlı bəylə evli olub və boşanıb. Onun bu nikahdan iki övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:31 / 25.08.2022
Elza: “Ərlərinin xəyanətini bağışlamaq qadınların borcudur” - VİDEO
Hazırda oxunan: Elza: “Ərlərinin xəyanətini bağışlamaq qadınların borcudur” - VİDEO
Hazırda oxunan: Elza: “Ərlərinin xəyanətini bağışlamaq qadınların borcudur” - VİDEO
90406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.