Hər gün müxtəlif nəqliyyat vasitələrindən istifadə edirik. İstifadə etdiyimiz nəqliyyatıt növünün təhlükəsizlik indeksi təbii ki, bizi daha çox maraqlandırır. Maraqlıdır ki, insanların tam əksəriyyəti ən təhlükəli nəqliyyat vasitəsi kimi təyyarəni düşünürlər. Lakin statistika bunun tam əksini deyir. Hər il dünyada avtoqəzalarda həlak olan insanların sayı aviaqəzalarda ölənlərin sayından qat-qat çoxdur.
Dəmir yol qəzaları daha çox və dəhşətli olur
İsveçrənin Federal Statistika Xidmətinin göstəricilərinə görə, ölkədə təhlükəsizliyinə görə birinci yerdə qatar, ikinci yerdə isə təyyarə dayanır. Psixoloji kriteriyalara əsasən, sərnişinlər özlərini daha çox dəmiryolu nəqliyyatında rahat hiss edirlər. Amma statistika bu rahatlığın əbəs yerə yarandığını göstərir. Dəmiryolunda baş vermiş qəzalar aviasiyadakılardan çoxdur. Amma dəmiryolu qəzaları kütləvi olmur və bu səbəbdən də ciddi ictimai rezonans doğurmur.
Uzunqulaqlar təyyarələrdən daha çox insanların ölümünə səbəb olur
Başqa bir maraqlı statistika ondan ibarətdir ki, uzunqulaqların bir ildə həlak etdiyi insanların sayı, təyyarə qəzalarında ölən insanların sayından çoxdur. İşıqforun yaşıl işığında piyada xəttində gözləyərkən avtomobilin təkərləri altına düşüb həlak olmaq ehtimalı təyyarə qəzasında həlak olmaq ehtimalından 10 dəfə artıqdır.
Bizim.Media təhlükəsiz nəqliyyat vasitələri ilə bağlı daha bir statistikanı təqdim edir.
ABŞ-ın Massaçusets Texniki İnstitutunun araşdırması göstərdi ki, dünya üzrə kommersiya aviakampaniyaları sərnişinləri üçün ölüm riski 45 milyon uçuşdan birində mümkündür.
Statistikaya əsasən, orta hesabla səyyah təyyarədə 123 min il keçirə, amma hər hansı qəzaya uğramaya bilər. Keçək digər nəqliyyat növlərinin qəzaya uğrama ehtimallarına.
1. Velosiped. Velosipedsürənlərin qəzaya düşüb dünyasını dəyişmə ehtimalı 4982 səfərdən birində mümkündür. Bu rəqəmləri ABŞ Milli Təhlükəsizlik Şurası ortaya çıxarıb.
2. Motosiklet. ABŞ-da motosiklet sürənlərin iştirakı ilə baş verən 1907 yarışdan birində qəza hadisəsi yaşanıb.
3. Küçədə gəzən yerdə ciddi zədə alma ehtimalı 1749 haldan birində mümkündür.
4. Əgər siz hazırda hansısa avtomobildə sərnişinsinizsə, qəzaya düşmə ehtimalınız 415-dən birdir.
5. ABŞ-ın dövlət ekspertləri deyir ki, özəl təyyarə həvəskarları daha çox qəzaya və problemlərə uğrayır, nəinki kommersiya aviakampaniyalarına müraciət edənlər. Birinci halda qəzaya düşmə ehtimalı 7229-da birdir.
6. “PolitiFact” təşkilatının ekspertləri isə onu üzə çıxarıblar ki, avtobus ən təhlükəli yerüstü nəqliyyat növüdür.
7. Statistika nəticəsində həm də o məlum olub ki, təyyarədə 100 milyon mil məsafə qət edən tipik sərnişinin 0.003 ölüm hadisəsi görmə ehtimalı var.
8. Maşının sükanı arxasında oturanların ölmə ehtimalı qatarla səfər edənlərinkindən 10 dəfə artıqdır.
9.ABŞ polisi iddia edir ki, ölkə üzrə baş verən yol qəza hadisələrinin 80 faizi piyadaların günahı üzündən yaşanır.
Göründüyü kimi təyyarə ən rahat və ən təhlükəsiz nəqliyyat vasitəsidir. Sizlərə rahat və təhlükəsiz uçuşlar arzusu ilə...
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:05 / 25.08.2022
Qəzada daha çox ölmə ehtimalı olan MİNİK NÖVÜ - Eşşək arabası, yoxsa təyyarə?
Hazırda oxunan: Qəzada daha çox ölmə ehtimalı olan MİNİK NÖVÜ - Eşşək arabası, yoxsa təyyarə?
Hazırda oxunan: Qəzada daha çox ölmə ehtimalı olan MİNİK NÖVÜ - Eşşək arabası, yoxsa təyyarə?
90399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.