Azərbaycan Vətən Müharibəsi haqda serial çəkən Türkiyə şirkətinə 1 mln. dollar ödəyəcək

Hazırda oxunan: Azərbaycan Vətən Müharibəsi haqda serial çəkən Türkiyə şirkətinə 1 mln. dollar ödəyəcək

90390

Mədəniyyət Nazirliyi "Qarabağ Vətən Müharibəsi" şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi”dir. 

Qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.

Report.az-ın məlumatına görə, serialın ilk bölümünün bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanması nəzərdə tutulub.

"Bozdağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur serialların istehsalçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin