Nazir: "Azərbaycan “OPEC+”un fəaliyyətini dəstəkləyir"

Hazırda oxunan: Nazir: "Azərbaycan “OPEC+”un fəaliyyətini dəstəkləyir"

90351

Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik “OPEC+”un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) fəaliyyətini hər zaman dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

Qeyd olunur ki, neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir.

Bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir.

“Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə “OPEC+” çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm”, - paylaşımda bildirilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin