“Yanvarın 20-də Azərbaycanın imperiyadan qurtulmasının son notları yarandı” – Fərəc Quliyev

Hazırda oxunan: “Yanvarın 20-də Azərbaycanın imperiyadan qurtulmasının son notları yarandı” – Fərəc Quliyev

9033

“20 Yanvar hadisəsi ilə bağlı müxtəlif dəyərləndirmələr var. Bu, qara yanvar hesab edilsə də, şəhidlərimiz olsa da, Azərbaycan xalqının möhtəşəm qələbəsidir. Çünki həmin gün millətimiz tərəfindən Azərbaycanın imperiyadan qurtulmasının son notları yarandı, bir müddət sonra isə müstəqillik aktı qəbul olundu”.

Bu sözləri ümumxalq hüzn günü ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev dedi. 

Onun sözlərinə görə, Azərbaycanın şimalında da, cənubunda da azadlıq mübarizəsi heç vaxt səngiməyib.

“Nümunə kimi Səttarxan, Pişəvəri, Şeyx Xiyabani və Rəsulzadənin başçılıq etdiyi hərəkatları sadalamaq olar. Bundan sonra da müstəqillik hərəkatlarını əzmək, qarşısını almaq üçün rus imperiyası Azərbaycana gəldi. 1990-cı ildə də böyük bir imperiya xalqın üzərinə gəlsə də, Azərbaycan xalqı müstəqillik qazanmaqda israrlı idi. Xalq anlayırdı ki, Sovetlərin inidiyə qədər yaratdığı ordu torpaqlarımızı alıb, ermənilərə verməyə çalışır".

"SSRİ hakimiyyəti 30-cu illərdə on minlərlə ziyalımızı qətlə yetirib. 20-ci ildən sonra böyük ərazilərimizdə Ermənistan dövlətini qurublar. Azərbaycan xalqı bütün bunları bilirdi və müstəqillik qazanmaqda qərarlı idi. 20 yanvarda xalqın qırğınına baxmayaraq, əslində imperiyanın özünün iradəsi qırıldı".

"1991-ci ildə Azərbaycan xalqı müstəqillik aktını imzaladı və mənim də taleyimə düşdü ki, müstəqillik aktını hazırlayan 3 nəfərdən biri oldum və 43 nəfərdən biri kimi də səs verdim”

Partiya lideri vurğuladı ki, 1990-cı ildə xalq imperiyadan qopmaq üçün bütün mümkün üsullardan istifadə edirdi.

“Buna görə də, bir imperiyadan qopmaq üçün onun qanunlarına əməl etmək yox, həmin qaydaları pozmaq lazım idi. O dönəmdə Azərbaycan xalqına qəddarlıq etmiş imperiyaya qarşı bir “Qisas” təşkilatı yaratdıq. Həmin təşkilata vəkil Fuad Ağayev də üzv idi, Güney Azərbaycandan olan dostlarımız – Siyamək də təşkilat fəallarından idi. Yarım hərbi təşkilat idi. Qisas almağa çalışırdıq, onları cəzalandırırdıq".

"Motosiklet almışdıq, köhnə “Jiquli”miz var idi, bir ev tutmuşduq, silah da əldə etmişdik. Bu cür mübarizə aparırdıq. Maarifləndirmə işlərini də həyata keçirirdik”.

F.Quliyev həmin dövrləri həyatının ən fəxr olunası vaxtları kimi dəyərləndirdi və vurğuladı ki, hazırda dövlətimizi qurmuşuq deyə mübarizə sivil yollarla aparılmalıdır:

“İndi bəziləri radikallıq edir, amma radikallığı o vaxt SSRİ-yə qarşı etmək lazım idi. Allah şəhidlərə rəhmət eləsin!”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin