Şoyqu Ukraynanın müdafiə nazirinə ultimatum verib? – DETALLAR AÇIQLANDI

Hazırda oxunan: Şoyqu Ukraynanın müdafiə nazirinə ultimatum verib? – DETALLAR AÇIQLANDI

90230

Rusiyanın genişmiqyaslı hücumundan  iki gün sonra, fevralın 26-da Ukraynanın müdafiə naziri Aleksey Reznikov rusiyalı həmkarı Sergey Şoyqudan təslim olmaq tələbi ilə ultimatum alıb. Ultimatumu ona Belarusun müdafiə naziri Viktor Xrenin çatdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Washington Post” nəşrində yer alıb.

Mənbə xatırladır ki, fevralın 22-də Reznikov Xreninlə telefonla danışıb və o, rus qoşunlarının Belarusdan Ukraynaya soxulmayacağına söz verib.

Hücumdan 2 gün sonra müdafiə nazirləri yenidən danışıqlar aparıblar. Belaruslu nazir rusiyalı həmkarı Sergey Şoyqunun mesajını çatdırıb:

"Ukrayna təslim aktını imzalasa, o zaman hücum dayandırılacaq”.

Reznikov belə cavab verib: “Rusiyanın kapitulyasiyanı qəbul etməyinə hazıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin