Novxanıda arvadını öldürən iş adamı MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Novxanıda arvadını öldürən iş adamı MƏHKƏMƏ QARŞISINDA 

90216

Sumqayıt şəhərində arvadını qətlə yetirməkdə ittiham olunan Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Novxanı bağları massivində baş verib. Tofiq Həsənov arvadı İlahə İsgəndərovanı bıçaqlayaraq onu qətlə yetirib.

Daha sonra isə qayınanası İsvet Nağıyevaya xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Tofiq Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli usulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, qətl hadisəsini törədən Tofiq İsgəndərov tanınmış iş adamıdır. Onun Rusiyada bizneslə məşğul olduğu bildirilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin