Sərsəng su anbarına baxış keçirilib - FOTO

Hazırda oxunan: Sərsəng su anbarına baxış keçirilib - FOTO

90112

Ötən gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib.

Bizim.Media xəbər verir ki, məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparlıması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub.

Görüşdə əsasən iki məsələ - Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub.

Görüş və danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitində baş tutub. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.

Xatırladaq ki, mühüm starteji əhəmiyyətə malik olan Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 mln.kbm-dir.

Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası tikilmişdir.
Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş bütün ərazilərdə mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, yeni su mənbələrinin yaradılması, dağıdılmış infrastruktur obyektlərinin bərpası istiqamətində mühüm işlər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin