Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərin birindəki pişik hər kəsin diqqətini çəkib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Şeldon adlı pişik sahibini kompüterin qarşısından ayırmaq, onun fikrini çəkmək üçün qəribə üsuldan istifadə edib.
Belə ki, pişik öz sahibinin internetdə vaxt keçirməsinə, kompüter önündə saatlarla oturmasına etiraz edib.
Ev heyvanı bu etirazını kompüterin yuxarı hissəsindəki kitab rəfinin üzərinə çıxmaqla gerçəkləşdirib. Amma görəndə ki, sahibi ona yenə də fikir vermir, Şeldon kitabları bir-bir internet aludəçisi olmuş sahibinə tullamağa başlayır.
1 milyondan çox baxılan həmin görüntüləri təqdim edirik.
Bizim.Media