Atalar boşuna deməyib, “Söz var, kəsər savaşı, söz var kəsdirər başı”. Elə dünya şöhrətli supermodel Bella Hadid də dilinin bəlasına düşüb desək, heç də yanılmarıq.
Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl model Fələstini İsraillə uzunmüddətli münaqişəsində dəstəklədiyini bildirib.
“Dilim dilim olasan, dilim” deyən Bella ilə bir çox məşhur markalar bağladıqları müqavilələri ləvğ edib eyni zamanda bir neçə dostlara üz çevirib. Beynəlxalq şirkətlərin həssas siyasi mövzulara diqqətlə yanaşmasını başa düşən Hadid dostları ilə aralarında münaqişə olacağını gözləməyib.
Bellanın atası, tanınmış memar Məhəmməd Hadid fələstinlidir. Bella uşaqlıqdan kiçik vətənindəki silahlı münaqişədən xəbərdar idi. İndi isə öz çıxışını edib, ictimaiyyətin diqqətini problemə cəlb etmək qərarına gəldiyini bildirib.
Model bir neçə brendlə işini və bəzi dostları ilə münasibətlərinə son qoyduğunu etiraf edib. Lakin Bellanın özü buna peşman deyil. O deyir ki, fikir söyləmək imkanı yalançı dostlardan daha vacibdir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:03 / 23.08.2022
Bella Hadid dilinin bəlasına düşdü - FOTO
Hazırda oxunan: Bella Hadid dilinin bəlasına düşdü - FOTO
Hazırda oxunan: Bella Hadid dilinin bəlasına düşdü - FOTO
90081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.