Prodüser Anar Mədətov müğənni Sabir Əhmədovla başına gələn gözlənilməz hadisənin pərdəarxası məqamlarından söz açıb.
Bizim.Media xəbər verir ki, prodüsser müğənninin “Птичка” (Quş) adlı mahnısı ilə Moskvada qatıldığı həmyerlilərin ailə məclisində küllü miqdarda pul qazandığını açıqlayıb.
Anarın sözlərinə görə, Sabir sözügüdən nəğməni səsləndirdiyi an başına çox miqdarda pullar səpiblər.
“Ad günü məclisi super gedirdi. Həmyerlilərimizdən biri Sabirin “Птичка” (Quş) adlı mahnısı ifa edən zamanı onu pul yağışına tutdu. Baxırdım yerə, sonra da göyə. Bilmədim nə edim. Çünki heç kimi tanımırdım. Çıxdım çölə məkanı yığışdıran xanımı gördüm.
Ona yaxınlaşıb məclisdən nə qədər pul alacağını soruşdum. Cavab olaraq söylədi ki, 1500 rubl alacaq. Dedim ki, sənə 10 min rubl verəcəyəm, süpür yerdən o pulları bir paketə. Çox yaxşı pul topladıq” – deyə A.Mədətov bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:47 / 23.08.2022
Anar Mədətov: “Moskvada Sabirin ifasını pul yağışına tutdular” - VİDEO
Hazırda oxunan: Anar Mədətov: “Moskvada Sabirin ifasını pul yağışına tutdular” - VİDEO
Hazırda oxunan: Anar Mədətov: “Moskvada Sabirin ifasını pul yağışına tutdular” - VİDEO
90023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.