Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev koronavirusa yoluxan şəxsin hansı halda kompüter tomaqrafiyası olunmalı olduğuna münasibət bildirib.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, o deyib ki, kompüter tomoqrafiyası (KT) ağciyərlərin görüntülənməsində əvəzsiz rol oynayır. Bu, kifayət qədər etibarlı və dəqiq müayinə formasıdır:
“Ağciyər dəyərləndirilməsində kontrast maddəyə belə ehtiyac olmadan dəqiq diaqnoz qoymaq mümkündür. Ancaq bu müayinəni hər xəstəyə təyin etmək doğru deyil. Nəzərə alsaq ki, KT şüalanmaya səbəb olur, ona görə də bu müayinə daha ehtiyatlı təyin olunmalıdır.
Bütün KT müayinələr kimi, ağciyər tomoqrafiyasını da mütləq şəkildə həkim (terapevt, pulmonoloq, infeksionist) təyin etməlidir.
Müalicə həkimi xəstənin şikayətlərinə əsasən, ağciyərdə prosesin nə dərəcədə getdiyini və yayılma əhatəsini (arealını) müəyyən etmək üçün KT istəyə bilər.
Bir xəstənin şikayət, klinik müayinə və qan analizlərinə əsasən pnevmaniya diaqnozu qoyulur və ya şübhələnilir. Bundan sonra xəstəliyin şiddəti haqqında fikir bildirilməsi üçün ağciyər tomoqrafiyası çəkilir.
Nəticə olaraq, tomoqrafiyada viral pnevmaniya təsdiqlənir, ağciyərin tutulma faizi hesablanır. Bütün bunlara əsasən müalicə strategiyası təyin olunur”.
O əlavə edib ki, koronavirus ağciyərlərdən başqa digər orqanlarda da fəsadlara səbəb ola bilər:
“Bu sadəcə COVID-19 virusuna məxsus bir hadisə deyil. Digər viral pnevmaniyalarda da başqa orqanlar zədələnə bilər. Belə olan halda bizim vəzifəmiz zədələnmədə olan orqanlarda ehtimalı çox olan fəsadları üzə çıxartmaqdır”.
Bizim.Media
- A-
- A
- A+
COP29
14:25 / 23.08.2022
Koronavirusa yoluxan şəxs hansı halda KT olunmalıdır?
Hazırda oxunan: Koronavirusa yoluxan şəxs hansı halda KT olunmalıdır?
Hazırda oxunan: Koronavirusa yoluxan şəxs hansı halda KT olunmalıdır?
90016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.