Estoniyadan Duqinanı öldürən şəxslə bağlı AÇIQLAMA

Hazırda oxunan: Estoniyadan Duqinanı öldürən şəxslə bağlı AÇIQLAMA

89920

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) jurnalist Darya Duqinanın ölümündə şübhəli bilinən Natalya Vovkun hadisədən sonra bu ölkəyə uçması ilə bağlı bəyanatını şərh edib.

Bizim.Media xəbər verir ki, nazir bununla bağlı ERR portalına müsahibə verib.

Reinsalunun sözlərinə görə, Estoniya Rusiyanın bəyanatlarını təxribat kimi qiymətləndirir.
 

MÖVZU İLƏ BAĞLI:

“Daşa Duqinaya görə” sözləri yazılan mərmilər Ukrayna ərazisinə atıldı - VİDEO


Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Kiyevi dəstəklədiyi üçün Moskva bu yolla Tallinə təzyiq göstərməyə çalışır.

Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Estoniyadan Vovk haqqında rəsmi məlumat tələb etməsi faktını təkzib etmişdi.

Rusiyalı filosof və ictimai xadim Aleksandr Duqinin qızı Darya avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Mojaysk şossesində avtomobilinin partlaması nəticəsində ölüb.
Daha sonra cinayətin üstü açılıb və FTX partlayışı Ukrayna xüsusi xidmət orqanlarının planlaşdırdığını bildirib. Apa.az-ın məlumatına görə, hadisəni törədənin Ukrayna vətəndaşı Nataliya Vovkın olduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin