Tədris Mərkəzləri niyə ləğv edilir? – Ekspertdən sistemdəki neqativ halların TƏHLİLİ

Hazırda oxunan: Tədris Mərkəzləri niyə ləğv edilir? – Ekspertdən sistemdəki neqativ halların TƏHLİLİ

89874

Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi barədə qərar imzalayıb. Bundan sonra Nazirlik əlavə tədrisi özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə hökümətə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğvi də bu fərmanın tələblərindən irəli gəlib. 
Nəzərə alaq ki, “Təhsil haqqında” qanunun 24-cü maddəsinə görə əlavə təhsil Ali məktəblərin əlavə şöbələrində, əlavə təhsil haqqında lisenziya almış ayrı-ayrı qurumlarda, o cümlədən müvafiq icra orqanlarında- ayrı-ayrı dövlət qurumlarının nəzdində yaradılmış əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir.

Halbuki, hazırda əksər dövlət qurumlarının nəzdində əlavə təhsil mərkəzləri var. Əslində bu mərkəzlər əlavə təhsillə yox, sertifikatlaşdırma və dərəcələrin verilməsi ilə məşğuldurlar. Bu da qanunun tələblərini pozur.

Təhsil üzrə ekspert Elşad Qafarov Bizim.Media ilə söhbətində ölkəmizdə əlavə təhsilin arzuolunan səviyyədə olmadığını bildirdi: 

“İstənilən inkişaf etmiş ölkədə əlavə təhsillə əsas təhsillə yanaşı addımlayır. Əslində, son 10-15 ildə ölkəmizdə əlavə təhsil tamamilə çökdürülüb. Ona görə də Ölkə Başçısı İxtisaslaşdırma və İxtisasartırma İnstitutlarının ləğvi ilə bağlı fərman imzalayıb. Bu da onunla əlaqədardır ki, Təhsil Nazirliyi ilə əlavə təhsil verən qurumlar iş birliyində deyildi.

Halbuki, əlavə təhsil verən qurumlar birbaşa Təhsil Nazirliyi davamlı əlaqədə olmalıdır. Lakin, əksər qurumlar əlavə təhsili özvəaliyyət səviyyəsində qurublar. Ona görə də Baş nazirini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki tədriz mərkəzinin ləğv olunması düzgün addımdır. İnanırıq ki, bunun davamı gələcək”.
Elşad Qafarov onu da bildirdi ki, əlavə tədris mərkəzləri Təhsil Nazirliyindən lisenziya almalıdırlar:

“Eyni zamanda, tədris prosesi Nazirliklə əməkdaşlıq çərçivəsində aparılmalıdır. Eləcə də, Təhsil Nazirliyinin də həmin tədris mərkəzlərinə davamlı metodiki dəstəyi olmalıdır. Nazirlər Kabinetinin “Əlavə təhsil haqqında” qərarı var. Və əlavə tədris məhz həmin qərarın müəyyən etdiyi qaydalar əsasında həyata keçirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin