Erməni vitse-spikerin türklərə BAŞSAĞLIĞI – Azərbaycanlı siyasilər bu haqda nə düşünür?

Hazırda oxunan: Erməni vitse-spikerin türklərə BAŞSAĞLIĞI – Azərbaycanlı siyasilər bu haqda nə düşünür?

89867

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan Mardin və Qaziantepdə baş vermiş dəhşətli qəza və böyük insan tələfatı ilə əlaqədar Türkiyəyə baş sağlığı verib.

Təbii ki, erməni siyasətçisinin bu addımı bir mənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Böyük Quruluş partiyasının sədri, millət vəkil Fazil Mustafanın da fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında partiya sədri Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalancağı təqdirdə diplomatik etiket gərəyi bu cür baş sağlıqlarının verilməsini normal hadisə hesab etdiyini bildirdi:

“Bu əslində dövlətin üstünlüyüdür. Yadınızdadırsa bir vaxtlar Türkiyə höküməti Ermənistanda bir hadisə baş verəndə ona baş sağlığı verirdi. Gözlənilən sülh müqaviləsi imzalandıqdan sonra qarşılıqlı olaraq bu cür addımlar atılacaqdır. Türkiyəyə baş sağlığının verilməsi həm də indiki münasibətlərin normallaşmasına gedən yolda atılan bir addımdır. Hər bir dövlətin öz siması var.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Türkiyəyə başsağlığı verdi 


Ermənilər nə qədər vəhşi bir millət olsa da, nə qədər başqa xalqlara əzab yaşatsalar da enində-sonunda münaqişə başa çatdıqdan sonra qonşularla yeni münasibətlər lazım gəlir. Bu addımı ilə Rubinyan ermənilərin humanizmini göstərməyə çalışıb”.

Fazil Mustafa gələcəkdə anoloji hadisənin Ermənistanda baş verə biləcəyi təqdirdə bir partiya sədri və millət vəkili kimi ermənilərə baş sağlığı vermək ehtimalına da toxunub:

“Başqasının faciəsinə sevinmək ermənilərə xas bir xüsusiyyətdir. Bizdə belə bir xüsusiyyət yoxdur. Bizə o qədər əziyyət, zülm veriblər ki, biz də o nifrəti içimizdə gəzdiririk. Sülh sazişi bağlandıqdan və münasibətlər bərpa olunduqdan sonra 10 ilə, 100 ilə indiki münasibətləri arxada qoymaq lazım gələcək. Bax, o zaman da biz anoloji addımlar ata bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin