Bankdan kredit almaq istəyən şəxslər üçün yeni QAYDALAR GƏLİR

Hazırda oxunan: Bankdan kredit almaq istəyən şəxslər üçün yeni QAYDALAR GƏLİR

89859

Azərbaycan Mərkəzi Bankı bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Yeni tələblərə görə, borcalanlara kredit verən bankların aktivləri daha riskli hesab ediləcək və banklar bu riskli kreditlər üçün daha çox xərc çəkmək məcburiyyətində qalacaqlar.

İqtisadçı ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən qaydanın sərtləşdirilməsi məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınması üçündür:
 

MÖVZU İLƏ BAĞLI:

İslam ölkələri içərisində ən yüksək sələm faizi BU ÖLKƏYƏ aiddir


“Hazırki tələblərə görə, borcun (kreditin) gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara (kredit alanlara) verilmiş istehlak kreditlərinin bank aktivlərində risk qrupu 50% bəndi artırılıb.

Belə ki, bankların, vətəndaşa rəsmi əməkhaqqısının 45-60%-i həddində verdikləri istehlak kreditləri aktivlərin 200 faizli (2,0 əmsallı) risk qrupuna, 60-70% həddində verdikləri istehlak kreditləri isə 230 faizli (2,3 əmsallı) risk qrupuna daxil ediləcək.

Yəni, vətəndaş üçün rəsmi əməkhaqqının təxminən yarısı və bundan çox məbləğdə kredit almaq çətinləşəcək. Mərkəzi Bankın bu addımı daha çox vətəndaşın və bankın risk almasının qarşısını alır”.

İqtisadçı ekspert həmçinin bildirir ki, bu vətəndaşın riski hesablamadan istehlak kreditini çox götürməsini bir qədər məhdudlaşdıracaq. Bunun da bir neçə təsiri ola bilər:

“Mənfi təsiri budur ki, qərar real sektorun həmin müştərilərə mal satmağın qarşısını alacaq. Müsbət tərəfi isə banklar riskli müştəri qruplarına daha az kredit verəcək və bu məsələdə ehtiyatlı davranacaqlar. İkincisi isə pul üçün ehtiyat məbləğinin artmasıdır. Mərkəzi Bank həmçinin bu qərarla hökumətlə birgə əhalinin gəlirlərinin rəsmiləşdirilməsinə bir növ töhfə vermək istəyir. Çünki sözügedən kredit rəsmi iş yeri, gəliri olan şəxslərə veriləcək”, - deyə X.Kərimli qeyd edib.

Qeyd edək ki, son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunur. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14.9% artıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin