Qusar stadionu Etibar Piriverdiyevin inhisarından ÇIXARILDI – Təmir işlərinə start verildi - FOTO

Hazırda oxunan: Qusar stadionu Etibar Piriverdiyevin inhisarından ÇIXARILDI – Təmir işlərinə start verildi - FOTO

89799

Məşhur futbol ustası Şövkət Orduxanovun adını daşıyan Qusar şəhər stadionunda təmir-bərpa işlərinə başlanılıb.

Vaxtilə "Azərenerji"nin keçmiş sədri Etibar Piriverdiyevə aid olan "Azenko" şirkəti axır ki, 6 ildən sonra bərpa işlərinə start verib.

Qeyd edək ki, 1962-ci ildə inşa edilmiş Qusar şəhər stadionu, 1999-cu ildə "Şahdağ"futbol klubuna 99 il müddətinə icarəyə verilib.

Məlumatı Bizim.Media-ya verən Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov bildirib ki, hazırda stadionun ərazisində torpaq işləri görülür, ilk olaraq futbol meydançası hazırlanır. Daha sonra isə tribunanın və digər tikililərin inşasına başlanılacaq.

Qeyd edək ki, Bizim.Media olaraq fevral ayının 25-də Qusar stadionunun bağlı olması barədə araşdırma yazı vermişdik.
 

MÖVZU İLƏ BAĞLI:

Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” komandası – Stadionu kimə satıblar? 


Qusarlıların sevimli yeri olan stadionun bağlı olması camaatın haqlı narazılığına səbəb olurdu.

Üstəlik də Qusarın peşəkar "Şahdağ" futbol klubunun da illərdir fəaliyyətini dayandırması futbolsevərləri çox narahat edirdi. Ümid edək ki, stadionun istifadəyə verilməsi ilə bütün bu narazılıqlara son qoyulacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin